Putinlə Tramp arasında telefon danışığı olub, söhbət təxminən 40 dəqiqə davam edib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.
"Putinlə Tramp arasında söhbət səmimi və çox konstruktiv olub. Liderlər Rusiya Federasiyası və Ukrayna nümayəndə heyətləri arasında birbaşa danışıqların davam etdirilməsinin tərəfdarı olduqlarını bildiriblər.
Tramp Putinə Zelenski və Avropa ölkələrinin liderləri ilə yenicə yekunlaşan danışıqlar barədə məlumat verib.
ABŞ və Rusiya prezidentləri birbaşa Rusiya-Ukrayna danışıqlarının səviyyəsinin yüksəldilməsi ideyasını müzakirə ediblər.
Putin və Tramp Ukrayna böhranı və digər aktual məsələlərdə bir-biri ilə sıx əlaqə saxlamağa davam etmək barədə razılığa gəliblər".
ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinə zəng etmək üçün Avropa liderləri ilə görüşü yarımçıq dayandırıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyinə avropalı diplomat məlumat verib. Onun sözlərinə görə, görüş zəngdən sonra davam edəcək.
Bundan əvvəl Tramp Zelenski ilə görüşdə Ağ Evdəki danışıqlardan sonra Putinə zəng edəcəyini bildirmişdi. Onun sözlərinə görə, Rusiya prezidenti görüşdən dərhal sonra Trampın zəngini gözləyir.
