Ukrayna cəbhə xəttinin "dondurulması" təklifini rədd edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
Məlumata görə, Ukrayna Rusiyanın xeyrinə ərazi güzəştlərini nəzərdə tutan heç bir razılaşmanı qəbul etməyəcək. Ölkə tam sülh sazişinə doğru ilk addım kimi atəşkəsə nail olmaq istəyir.
Bildirilir ki, Kiyev müharibə zamanı dəyən ziyana görə Rusiya tərəfindən tam kompensasiya almaqda israrlıdır.
Qeyd olunur ki, potensial olaraq Qərb ölkələrində Rusiyanın suveren dondurulmuş aktivlərindən Ukraynaya 300 milyard dollar ödənilə bilər.