Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
![KİV: Türkiyə hökumətində dəyişikliklər gözlənilir](https://images.oxu.az/2025/02/09/V1yLMQocWys1HlEbkZ5D580nDWPST73YH16VbF5n:1200.jpg)
KİV: Türkiyə hökumətində dəyişikliklər gözlənilir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) fevralın 23-də keçirilməsi planlaşdırılan qurultayı ərəfəsində hökumətdə dəyişikliklə bağlı qərar verə bilər.
Oxu.Az xəbər verir ki, bu barədə "Duvar" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, vitse-prezident, maliyyə, xarici işlər, müdafiə, səhiyyə, ətraf mühit və şəhərsalma nazirləri vəzifələrində qalacaqlar.
Mədəniyyət və turizm, kənd və meşə təsərrüfatı, maliyyə və xəzinədarlıq nazirliklərinin ayrılması məsələsi də müzakirə olunur. Bildirilir ki, bu nazirliklər müxtəlif sahələrə cavabdeh olduqları üçün həddindən artıq yüklənir. Hesab olunur ki, bu sahələrin bəzilərini ayrıca nazirlik kimi ayırmaq olar. Hələlik rəhbərliyin bu məsələlərlə bağlı dəqiq planları barədə məlumat yoxdur.
Qeyd edək ki, xizək kurortunda 78 nəfərin ölümündən sonra mədəniyyət və turizm naziri Mehmet Ersoy istefa tələb etsə də, Prezident Ərdoğan bu tələbi qəbul etməyib.
"Türkiyə" teqi üzrə xəbərlər
- Türkiyə paytaxtında dəhşətli hadisə: Əsəb sarsıntısı keçirən ana üç uşağının biləklərini kəsdi
- Məhkəmə müğənni Murat Bozu cəzalandırdı
- Ərdoğan Azərbaycanla vacib sazişi TƏSDİQLƏDİ
- Türkiyənin dəniz limanlarında yük dövriyyəsinin həcmi rekord səviyyəyə çatıb
- Türkiyədə yalnız 1 nəfərin yaşadığı 5 kənd var
Rəylər