Kiyevdə səfərdə olan amerikalı nümayəndələrə diqqətçəkən mənaya malik suvenirlər təqdim olunub.
Oxu.Az xəbər verir ki, bu barədə KP məlumat yayıb. Bildirilib ki, ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff və məsləhətçi Cared Kuşner üzərində "Kiyev rejimi" sözləri yazılmış köynəklər alıblar.
Birləşmiş Ştatlardan gələn heyətlə görüş zamanı Ali Radada "Xalqın xidmətçisi" fraksiyasının rəhbəri David Araxamiya da bənzər geyimdə olub. Deputat həmin köynəyi qara pencəyin altından geyinsə də, üzərindəki yazı aydın görünürdü. Yerli mətbuatın məlumatına əsasən, eyni geyim nüsxələri okeanın o tayından gələn qonaqlar üçün də xüsusi olaraq hazırlanmışdı.
Lakin Uitkoff və Kuşner onlara verilən bu hədiyyələri ictimaiyyət qarşısında nümayiş etdirməyib və öz üzərlərində sınamayıblar. Sonradan Amerikanın məşhur "Washington Post" qəzeti ABŞ nümayəndə heyətinin üzvlərinə həmin köynəklərin verilməsi faktını təsdiqləyib.