Ukraynanın paytaxtı Kiyevdəki Qruşevski küçəsində, Nazirlər Kabinetinin binası ilə “Dinamo” stadionunun arasında naməlum əşyanın partlaması nəticəsində iki nəfər yaralanıb.
Oxu.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Kiyevin kommunikasiya polisi məlumat yayıb.
Yaralı qadın və kişi müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Partlayışla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bir müddət əvvəl Ukrayna Təhlükəsizlik Xidməti müstəqillik günündə təxribat və hətta terror aktının ola biləcəyi ilə bağlı məlumat aldığını bildirmişdi.
Xatırladaq ki, avqustun 24-də Ukrayna müstəqillik gününü qeyd edir. ABŞ-ın müdafiə naziri Ceyms Mettis bununla bağlı Ukraynaya səfər edib.
İ.F.