Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının keçirilməsi barədə məlumat açıqlanıb.
Oxu.Az bbn.az-a istinadən xəbər verir ki, hərrac 28 avqust 2017-ci il tarixində keçiriləcək. Saat 11:00-11:15-də, "Bloomberg" ticarət sistemi üzərindən keçiriləcək hərracda 100 mln. manat vəsaitin cəlb edilməsi planlaşdırılır.
Hərracın müddəti 14 gün, faiz dərəcəsi isə 10,01% – 14,99% aralığındadır.
Qeyd edək ki, hibrid formada olacaq hərracla bağlı məlumatın platformada göndərilmə vaxtı 10:00-dır.
L.Ə.