Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Kiyevə raket zərbələri məşhur məbədə ziyan vurub
Ukraynanın məşhur "Kiyev-Peçora Lavrası" Milli Qoruğundakı məbədlərdən birinin gümbəzindəki xaç qismən dağılıb.
Oxu.Az xəbər verir ki, bu barədə milli qoruğun administrasiyası məlumat paylaşıb.
Bildirilir ki, Kiyevə davamlı raket zərbələri tarixi abidələrə də öz mənfi təsirini göstərir:
"Partlayış dalğaları və atəş nəticəsində yaranan virbrasiya memarlıq strukturlarına gizli ziyan vura bilər. Məbəddəki xaçın tamamilə dağıdılmasının qarşısını almaqdan ötrü o bu gün təhlükəsiz şəkildə sökülüb. Yaxın zamanda xaç bərpa olunacaq və yerinə qoyulacaq".
Qeyd edək ki, "Kiyev-Peçora Lavrası" UNESCO tərəfindən Ümumdünya İrsin siyahısına daxil edilib.