Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Koçaryan həbsdə qalacaq
Ermənistan Baş Prokurorluğu parlamentin 45 deputatının təqdim etdiyi və sabiq prezident Robert Koçaryana qarşı qətimkan tədbirlərinin seçilməsini nəzərdə tutan petisiyanı qəbul etməyib.
Oxu.Az xəbər verir ki, bu məlumatı TASS agentliyinə nazirliyin mətbuat katibi Averik Xaçatryan verib.
“İbtidai istintaq zamanı prokurorluq Koçaryana qarşı tətbiq edilən qətimkan tədbirinin dəyişdirilməsini məqsədəuyğun hesab etmir”, - Xaçatryan deyib.
41-i Respublika, 3-ü “Daşnaqsütyun” partiyalarından və biri “Tsarukyan” blokundan olan 45 deputat 2008-ci il martın 1-də baş verən hadisələrlə əlaqədar saxlanılan və konstitusiya quruluşunu devirməkdə ittiham edilən Robert Koçaryanın azad edilməsi ilə bağlı baş prokurorluğa müraciət ünvanlamışdılar.
Xatırladaq ki, iyulun 26-da Xüsusi İstintaq Xidməti Koçaryanın 2 ay müddətinə həbs edilməsi ilə bağlı qərar qəbul edib.
"Ermənistan" teqi üzrə xəbərlər
- Əvvəlcə Qarabağda məğlub olan, indi Orta Şərqdə uduzan ölkə
- Kreml Ermənistanın Avropa İttifaqına üzvlük məsələsini şərh etdi
- Ermənistan hökuməti Aİ-yə qoşulma prosesinin başlanması ilə bağlı qərar layihəsini təsdiqlədi
- İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi İrəvanda erməni həmkarı ilə görüşüb
- Mirzoyan: "Ermənilərin Qarabağa qaytarılması məsələsi müzakirə olunmur"
Rəylər