ABŞ prezidenti Trampın yeritdiyi siyasət onu göstərir ki, son dərəcə sərt hədələri sonra sülhpərvər çağırışlarla əvəzlənir. Ümid edirəm ki, İrana yanaşmada da biz eyni vəziyyətlə üzləşəcəyik.
Bunu Oxu.Az-a açıqlamasında politoloq, millət vəkili Sahib Alıyev deyib.
Onun sözlərinə görə, bunun əksi, vəziyyətin daha da gərginləşdirilməsi və savaşa gedilməsi, İran və bütövlükdə region üçün yaxşı heç nə vəd etmir.
“Təbii ki, bu variant Azərbaycanın maraqlarına cavab verə bilməz. Ən çoxu da ona görə verə bilməz ki, orada on milyonlarla soydaşımız yaşayır.
Və onlar Suriyadakı kimi, ölümlə, kütləvi köçlə, humanitar fəlakətlə üz-üzə qala bilərlər”, - deyə millət vəkili əlavə edib.
Kamil HƏMZƏOĞLU
www.oxu.az