Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Koçaryan həbsdə qaldı
Yerevan məhkəməsi Ermənistanın sabiq prezidenti Robert Koçaryanın həbsdə qalması ilə bağlı qərar verib.
Bununla bağlı “Sputnik Ermənistan” sabiq prezidentin vəkili Aram Orbelyana istinadən məlumat yayıb.
Vəkilin sözlərinə görə, Koçaryan məhkəmənin həbs müddətini uzatma ilə bağlı qərarından şikayət edəcək.
Xatırladaq ki, R. Koçaryana 2008-ci ildə Ermənistanda kütləvi iğtişaşlar işi üzrə ittiham irəli sürülüb.
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar
Rəylər