Əgər Ermənistanın maraqlarına zidd olan bir şey baş verdikdə biz incimiş vəziyyəti alsaq, bu, yaxşı nəticə verməyəcək.
Oxu.Az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə jurnalistlərlə aprelin 15-də xarici işlər nazirinin müavini Şavarş Koçaryan, Avrasiya İqtisadi İttifaqına üzv olmayan Azərbaycanın xətrinə dəyməmək üçün Qazaxıstanın təkidi ilə Aİİ-nin Yeravandan Moskvaya köçürülən iclasında Ermənistanın iştirakının doğru olmasına dair suala cavab verərkən bildirib.
“Əgər belə hallarda biz özümüzü incimiş kimi aparsaq, hamının düşmən kəsildiyini, təkləndiyimizi, hamının bizə qarşı olduğunu desək, doğru olmaz. Nəzərə almaq lazımdır ki, bütün ölkələr, ilk növbədə öz maraqlarını rəhbər tuturlar, amma eyni zamanda biz öz maraqlarımıza xələl gətirilməsinə izn verməməliyik”, - Koçaryan bildirib.
O həmçinin qeyd edib ki, Azərbaycanın məqsədi Ermənistanı siyasi təcrid həddinə çatdırmaqdır.
“Azərbaycan müttəfiqlərimizi bizə qarşı çevirməyə çalışır. Müvafiq olaraq Ermənistan incimiş vəziyyəti almamalıdır, bu isə öz növbəsində, müxtəlif istiqamətlərdə iş nəzərdə tutur”, - Şavarş Koçaryan bildirib.