Yaponiyada güclü zəlzələdən sonra dağıntılar altında qalan körpənin xilas edilməsi uğrunda 50 xilasedici mübarizə aparıb.
Oxu.Az “lifenews”a istinadən xəbər verir ki, körpəni altı saat sonra çıxarmaq mümkün olub. Körpə dərhal xəstəxanaya çatdırılıb. Onun sağ qalması əsl möcüzədir.
Xatırladaq ki, Yaponiyanın cənubunda güclü zəlzələ baş verib. Zəlzələ zamanı doqquz insan həyatını itirib. 760-dan çox adam xəstəxanaya yerləşdirilib. Yeraltı təkanların maqnitudası 6,4 olub.
Bu zəlzələ Yaponiyada dağıdıcı sunaminin tüğyan etdiyi 2011-ci ildən indiyə qədər ən güclü zəlzələ olub.