Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Koçaryana Ermənistanı tərk etmək qadağan olunub
Ermənistanın sabiq prezidenti Robert Koçaryana ölkəni tərk etmək qadağan olunub.
Oxu.Az “Sputnik Armenia” agentliyinə istinadən xəbər verir ki, müvafiq qərar Ermənistanın Xüsusi İstintaq Xidməti tərəfindən qəbul olunub.
Qurumun müstəntiqi Koçaryan barəsində hökm qismində ondan ölkəni tərk etməməsi haqqında yazılı iltizamın alınmasını seçib.
Qeyd edək ki, bir müddət öncə mətbuatda Koçaryanın Almaniyada müayinədən keçmək məqsədilə ölkəni tərk etdiyi barədə məlumat yayılıb. Sonradan məlum olub ki, onun sənədləri hüquq-mühafizə orqanlarındadır.
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar
Rəylər