Kolumbiyada maqnitudası 5,4 bala qədər olan ardıcıl bir neçə zəlzələ baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Kolumbiya Seysmoloji Xidməti məlumat yayıb.
İlk yeraltı təkanlar yerli vaxtla saat 07:32-də ölkənin ən hündür vulkanı Nevado del Uila yaxınlığında, 30 kilometr dərinlikdə qeydə alınıb, daha sonra yerli vaxtla saat 08:10-da 4,4 bal gücündə zəlzələ qeydə alınıb.
Kolumbiyanın “Caracol” portalının məlumatına əsasən, yeraltı təkanlar ölkənin paytaxtı Boqotada da hiss olunub.