Kolumbiyanın mərkəzində 6,8 bal gücündə zəlzələ qeydə alınıb.
Oxu.Az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan bölməsi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri Vilyavitensio şəhərindən 73 km şimal-şərqdə olub.
Episentrdə yeraltı təkanların intensivliyinə əsasən, zəlzələ "dağıdıcı" kimi qiymətləndirilib.
ABŞ Geoloji Xidməti onun maqnitudasını 6,3 olaraq qiymətləndirib. Məlumata görə, təbii fəlakətin ocağı 10 km dərinlikdə olub.