Kolumbiyada hərbi helikopterin qəzaya uğraması nəticəsində 17 nəfər ölüb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Kolumbiya Milli ordusuna məxsus “Mi-17” helikopteri iyunun 26-da Tolima departamentinin şimal bölgəsində radarlardan itib.
Qəzaya uğramış helikopter bu gün Kaldas departamentində tapılıb. İlkin məlumatlara görə, hadisəyə hava şəraitinin əlverişsiz olması səbəb olub.