Kolumbiyada oğruların küçədə hərəkət edən qadına hücum etməsi təhlükəsizlik kamerasına düşüb.
Oxu.Az xəbər verir ki, ANS TV-nin məlumatına görə, motosiklet ilə piyadaya yaxınlaşan iki nəfər qadının çantasını əlindən alıb qaçmaq istəyib. Qadın isə oğrulara asan təslim olmayıb. Bu zaman oğru qadını küçədə yerlə sürüməyə başlayıb. Hadisə zamanı qadın ciddi xəsarət alıb. Həkimlər qadının əvvəlki sağlamlığına qayıtması üçün azı bir ay reabilitasiya müddəti keçməli olduğunu deyiblər.
Şəhərin təhlükəsizlik qüvvələri qadına qarşı zorakılıq törədən cinayətkarları tapmaq üçün səfərbər olub.