Kolumbiyada törədilmiş silahlı hücum zamanı altı nəfər qətlə yetirilib.
Bu barədə “El Tiempo” nəşri məlumat yayıb.
İnsident Saraqosa şəhərində baş verib. Bir qrup silahlı beş mədənçini və bilyard klubunun sahibini güllələyiblər.
Hüquq-mühafizə orqanları hadisənin detallarını araşdırır.
Əraziyə əlavə hərbi qüvvələr cəlb edilib.