Kolumbiyanın Putumayo departamentində torpaq sürüşməsi nəticəsində azı 112 nəfər ölüb.
Oxu.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Röyter agentliyi xəbər verib.
Daha öncə 24 ölən və 65 yaralanan barədə xəbər verilirdi.
Frans Press agentliyi, öz növbəsində, 92 nəfərin həlak olduğunu və 180 yaralandığını bildirir. Təxminən 200 nəfər itkin düşüb.
Qeyd edək ki, hadisəyə səbəb bölgədə bir neçə saat ərzində davam edən güclü leysan nəticəsində bir neçə çayın məcrasından çıxması olub.
E.Ə.
www.oxu.az