Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Kolumbiyada avtomobil qəzası: Çox sayda əsgər ölüb, yaralananlar var
Kolumbiyanın cənub-qərbində yük maşını 100 metr hündürlükdən dərəyə düşüb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "El Universo" qəzeti yerli hakimiyyət orqanlarına istinadən məlumat verib.
Məlumata görə, hadisə nəticəsində 9 nəfər ölüb, 20 nəfər yaralanıb.
"Kolumbiyanın cənub-qərbində içində olduqları avtomobilin yolda uçurumdan aşması nəticəsində 9 əsgər həlak olub, 20-si yaralanıb", - deyə nəşr yazıb.
Narinyo departamentinin qubernatoru Luis Alfonso Eskobarın sözlərinə görə, yük maşınının əyləcləri sıradan çıxıb və nəticədə dərəyə uçub. Maşında ümumilikdə 36 əsgər olub.
Prezident Qustavo Petro "X" hesabında etdiyi paylaşımda qəzada həlak olanların yaxınlarına başsağlığı verib.
Hadisənin səbəbləri araşdırılır.
"Kolumbiya" teqi üzrə xəbərlər
- Tramp: "Nyu-York və Vaşinqton məhkəmələrində korrupsiya və radikallıqda birinci yeri tutur"
- Kolumbiya prezidentini öldürmək istəyən narkokartel başçısı məhv edildi
- Kolumbiyanın qərbində cinayətkarlar 29 polis əməkdaşını oğurlayıblar
- Keçmiş olimpiyaçı narkotik ticarətinə görə FTB-nin siyahısına düşdü
- Kolumbiyada siyasi böhran: Prezident nazirlərin hamısını istefaya göndərir?