Kolumbiyanın Milli Seçki Şurası prezident seçkilərinin ikinci turunun nəticələrini açıqlayıb.
Oxu.Az İTAR-TASS-a istinadən xəbər verir ki, dövlət başçısı seçilən Xuan Manuel Santos Kalderona 7,839 milyon kolumbiyalı səs verib, onun əsas rəqibi Oskar İvan Suluaqaya isə 6,917 milyon kolumbiyalı səs verib.
Milli Seçki Şurasının deklarasiyasında konstatasiya edilib: “Dərc edilən məlumatlara əsasən Xuan Manuel Santos Kalderon respublikanın prezidenti elan edilir”, vitse-prezident isə Herman Varqas Lyeras təyin edilib.
Nəzarət İdarəsinin vitse-prezidenti Yolima Karilyo qeyd edib ki, seçkilərin nəticələrinə dair namizədlərin heç birində narazıçılıq olmayıb.
Kolumbiyada prezident seçkilərinin ikinci turu ötən həftənin bazar günü, iyun ayının 15-də keçirilib.
Seçkilərdə iştirak etmək üçün 33 milyon respublika vətəndaşı qeydiyyata alınmışdı.