Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Konçita BMT-nin baş katibi üçün mahnı oxudu
2014-cü il “Eurovision” mahnı müsabiqəsinin qalibi avstriyalı Konçita Vurst (əsl adı Tomas Noyvirt) BMT-nin baş katibi Pan Gi Mun üçün mahnı oxuyub.
Oxu.Az Trend-ə istinadən xəbər verir ki, bu, P.G.Munun Avstriyaya rəsmi səfəri çərçivəsində baş tutub.
Məlumata görə, K.Vurst BMT-nin Vyana bölməsinin zalında P.G.Mun üçün iki mahnı ifa edib.
BMT baş katibi bəyan edib ki, “Eurovision”da qələbə qazanmasından sonra Konçita ilə tanış olmaq istəyib:
“Konçitanın diskriminasiyaya qarşı apardığı mübarizəyə görə onunla çoxdan tanış olmaq istəyirdim”.
"Avstriya" teqi üzrə xəbərlər
Ən çox oxunanlar