Konqo Demokratik Respublikasında mis mədəninin bir hissəsinin çökməsi nəticəsində 30-dan çox insan həlak olub.
Oxu.Az xəbər verir ki, bu barədə RFI radiostansiyası məlumat yayıb.
Lualaba əyalətinin qubernatoru Fifi Massukanın sözlərinə görə, faciə nəticəsində 32 nəfər ölüb, lakin axtarış əməliyyatları hələ başa çatmadığı üçün ölənlərin sayı arta bilər.
Ölkənin mədənçilər assosiasiyası isə 49 nəfərin öldüyünü və onlarla insanın itkin düşdüyünü bildirir.
Qeyd olunub ki, mədəndə lisenziyasız mədənçilər fəaliyyət göstərib.
Konqoda mədən faciəsi: Onlarla insan həlak oldu