Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Konqoda naməlum xəstəlik 140-dan çox insanın ölümünə səbəb olub
Konqo Demokratik Respublikasında (KDR) 2024-cü ilin noyabr ayında naməlum xəstəliyə yoluxma nəticəsində 143 insan dünyasını dəyişib.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" yerli hakimiyyət orqanlarına istinadən yazır.
Kvanqo əyalətinin vitse-qubernatoru Remi Saki və yerli səhiyyə direktoru Apolliner Yumbanın sözlərinə görə, xəstələrdə yüksək hərarət və şiddətli baş ağrısı da daxil olmaqla oxşar simptomlar müşahidə olunur.
Səhiyyə işçiləri nümunələr toplamaq üçün yoluxmuş əraziyə göndərilib.
Bildirilir ki, xəstəliyə yoluxanlar dərman çatışmazlığı səbəbindən ölür, xəstələrin sayı isə artmaqda davam edir.
Ümumdünya Səhiyyə Təşkilatı BMT-nin vəziyyətdən narahat olduğunu və naməlum xəstəliyi öyrənmək üçün Konqo hakimiyyəti ilə birlikdə işlədiyini bildirib.
"Konqo Demokratik Respublikası (KDR)" teqi üzrə xəbərlər
- Konqo prezidenti: "COP29-da Afrikanın 15 ölkəsinin rəhbərləri yeni ideyalar təqdim edəcəklər"
- Qanada Səhiyyə Nazirliyi öpüşmək və cinsi əlaqədən imtina etməyə çağırıb
- Konqoda həbsxana qiyamının dəhşətli nəticələri: Yanğın, izdiham və qadınların zorlanması...
- Konqoda konsert zamanı izdiham: Ölənlər var
Rəylər