Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
![Konqoda üsyançılar daha bir şəhəri ələ keçirdilər](https://images.oxu.az/2025/02/06/hRG4qqx5yZa13dAm5DlEuOin88orOwTBxZcqqG4U:1200.jpg)
Konqoda üsyançılar daha bir şəhəri ələ keçirdilər
"23 Mart" hərəkatının (M23) üsyançıları Ruanda ordusunun dəstəyi ilə Konqo Demokratik Respublikasının şərqindəki İhusi şəhəri üzərində nəzarəti təmin ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə RFI radiostansiyası Konqo DR parlamentinin aşağı palatasının spikeri Vital Kamerheyə istinadən məlumat verib.
Spiker üsyançıların hazırda İhusi şəhərində olduqlarını bildirib.
Qeyd edək ki, üsyançılar bir gün əvvəl Cənubi Kivuda yerləşən Nyabibve şəhərini ələ keçirmişdilər.
Döyüşlər fevralın 4-də başlayıb.
"Konqo Demokratik Respublikası (KDR)" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər