Cənubi Koreyanın SsangYong avtomobil istehsalçısı 2015-ci ilin yanvarından rublun məzənnəsinin düşməsi ilə əlaqədar Rusiyaya maşın tədarükünü dayandırıb və rus valyutası möhkəmlənməyənədək ixracı bərpa etməyəcək.
Oxu.Az xəbər verir ki, bu barədə cümə axşamı Reuters şirkətin bəyanatına istinadən xəbər yayıb.
Koreya avtomobil istehsalçıları assosiasiyasının məlumatına görə, 2013-cü ildə şirkət üçün ən böyük bazar olan Rusiyada SsangYong avtomobillərinin satışı 2014-cü ildə 41% - 35,7 mindən 21,2 min avtomobilədək azalıb.
SsangYon ixracı Avropa və Çində satışları artırmaqla kompensasiya etmək niyyətindədir.
Avropa biznes assosiasiyasının məlumatına görə, 2015-ci ilin ilk iki ayında Rusiyada SsangYong-un satışı 61% - 1294 maşınadək azalıb. Ümumilikdə, ötən ilin analoji dövrü ilə müqayisədə 2015-ci ilin fevralında Rusiyada avtomobil satışı 37,9% - 128,2 min maşınadək azalıb.
Qeyd edək ki, martın 18-də Opel brendi, həmçinin Chevrolet brendinin böyük hissəsi Rusiya bazarını tərk etdiklərini bəyan ediblər. Səbəb kimi satışların azalması göstərilir.