Şimali Koreya Cənubi Koreyaya 300-dən çox zibillə dolu şar göndərib.
Bu barədə Cənubi Koreya ordusu məlumat yayıb.
Bildirilir ki, onlara kağız tullantıları və plastik torbalar yüklənib, ancaq tərkiblərində hələlik heç bir təhlükəli maddə aşkar edilməyib.
Ümumilikdə, Şimali Koreyadan 310 hava şarı buraxılıb. Bunlardan təxminən 30-u Seul və onun ətrafında tapılıb.
Bundan əvvəl Cənubi Koreya Şimali Koreya ilə sərhəddə səsgücləndiricilərdən istifadə etməklə təbliğat yayımlarını bərpa edib. 2016-cı ildən bəri ilk dəfə yayımlanan verilişdə dünya xəbərləri və "K-pop"un xülasəsi yer alıb.
Mənbə: Yonhap