Rusiyanın energetika naziri Aleksandr Novak koronavirusdan sağalıb.
TASS agentliyi bu barədə nazirlikdəki mənbəyə istinadən məlumat yayıb.
Qeyd olunur ki, COVID-19 testi ardıcıl üç dəfə mənfi çıxan nazir işinin başına qayıdıb.
Xatırladaq ki, Rusiyanın energetika nazirinin koronavirusa yoluxması barədə məlumat 18 avqustda mətbuatda dərc edilmişdi.