Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Koronavirusla bağlı kasıb ölkələr gözünü bu peyvəndə dikib
İndoneziyada koronavirusa qarşı peyvəndin hazırlanmasına başlanılıb.
“The Jakarta Post”un məlumatına görə, bu barədə ölkənin Tədqiqat və Texnologiya Nazirliyi yanında İnkişaf qrupunun rəhbəri Əli Qufron Mukti xəbər verib.
Onun sözlərinə görə, bu addım inkişaf etməkdə olan ölkələr üçün dərmanın əlçatanlığı ilə bağlı yaranan narahatlıqlar üzündən atılıb.
“Qlobal tədarük zəncirlərində problem yarana biləcəyini nəzərə almaq lazımdır”, - deyə, Mukti bildirib.
Peyvəndin hazırlıqlarının 2021-ci ilin əvvəlində başa çatdırılması planlaşdırılır. Sınaqlar isə 2021-ci ilin ikinci yarısında başlayacaq.
Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus bu gün dünyada COVID-19 infeksiyasına qarşı 141 vaksinin hazırlandığını deyib.
"COVID-19" teqi üzrə xəbərlər
- Amerikalı qadın peyvənddən imtina etdiyi üçün işdən çıxarıldı: Milyonlarla dollar təzminat aldı
- Viruslar yenidən AKTİVLƏŞİR - Qarşıdakı aylarda koronavirusa yoluxma arta BİLƏR?
- Azərbaycanda onlayn təhsil effekt vermir - Ekspert RƏYLƏRİ
- COP29-a gələn qonaqlardan koronavirus testi götürüləcək? - RƏSMİ AÇIQLAMA
- Alimlər sosial canlıların əsas üstünlüklərini və çatışmazlıqlarını açıqladılar
Rəylər