Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Koronavirusun orqanizmdə hansı geri dönüşü olmayan dəyişikliklərə səbəb olduğu açıqlandı
Koroanvirus ağciyərlərdə geri dönüşü olmayan dəyişikliklərə – fibroza səbəb ola bilər.
“RİA Novosti”nin məlumatına görə, bu barədə Rusiyanın “Rospotrebnadzor” Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun nümayəndəsi Antonina Ploskireva xəbərdarlıq edib.
“Bundan başqa infarkt və insult riskləri artır ki, bu da çox vaxt pasientlərin əlil olması ilə nəticələnir”, - deyə o əlavə edib.
Ploskireva bəzi xəstələrdə COVID-19-dan sonra fərqli klinik təzahürlərin uzun müddət davam etdiyini vurğulayıb.
“Bunların arasında astenik sindrom və tənəffüs simptomları, ilk növbədə öskürək var”, - deyə o bildirib.
Virusoloq onu da vurğulayıb ki, bu təzahürlər pasiyentin xəstəxanaya yerləşdirilib-yerləşdirilməməsindən asılı olmayaraq yaranır.
"COVID-19" teqi üzrə xəbərlər
- Kirill Qaburiç: "Ölkələr gücü ilə deyil, səhiyyə sistemi ilə öyünməlidirlər"
- Amir Dossal: "Statistikalar olduqca narahatedicidir"
- ÜST-nin baş direktoru Trampın iddialarına cavab verib
- Eyni vaxtda həm COVID-19-dan, həm də qripdən qoruyan peyvənd hazırlanıb
- Sergey Lavrov fon der Lyayeni "fürer Ursula" adlandırdı