Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Kosmosda ilişib qalan NASA astronavtları 9 ay sonra Yerə qayıdırlar
"Boeing Starliner" kosmik gəmisindəki texniki nasazlıq səbəbindən doqquz ay Beynəlxalq Kosmik Stansiyada (BKS) ilişib qalan NASA astronavtları Yerə doğru uçublar.
Oxu.Az-ın xəbərinə görə, bu barədə NASA-nın mətbuat xidməti "X" sosial şəbəkəsində məlumat verib.
Göyərtəsində NASA astronavtları Nik Heyq, Butç Uilmor və Suni Uilyams, həmçinin rusiyalı kosmonavt Aleksandr Qorbunovdan ibarət ekipajın olduğu ABŞ-nin "SpaceX Crew-9" kosmik gəmisi BKS-dən uğurla ayrılıb.
"Crew-9" missiyasının heyəti Yerə qayıtmağa başlayıb", - deyə NASA-nın məlumatında bildirilib.
Qeyd edək ki, kosmik gəmi martın 18-də Bakı vaxtı ilə saat 9:05-də BKS-dən ayrılıb.
ABŞ-li astronavtlar Uilmor və Uilyams BKS-yə 2024-cü il iyunun 5-də gəliblər və onların Yerə qayıtması həmin il iyunun 14-ə planlaşdırılmışdı. Lakin helium sızması və "Starliner"in dörd mühərrikinin sıradan çıxması missiyanı altı aydan çox gecikdirib.
Payızda Uilyamsın xeyli çəki itirdiyinə dair məlumatlar ortaya çıxıb və bu da mütəxəssislərin narahatlığına səbəb olub. NASA rəsmi olaraq bildirib ki, ekipajın səhhəti nəzarət altındadır və təcili geridönüş tələb etmir.
Rusiyalı kosmonavt Qorbunov və astronavt Heyq 2024-cü ilin sentyabrında orbitə buraxılıblar.
"Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA)" teqi üzrə xəbərlər
- NASA-nın 900 milyon dollar dəyərində olan zondu qəribə asteroidin şəklini çəkdi
- ABŞ korporasiyaları Trampın inaqurasiya mərasiminə rekord məbləğdə sərmayə qoyub
- 220 gün kosmosda: ABŞ-nin ən qocaman astronavtı 70-ci doğum günündə Yerə endi
- İnsanların Marsa uçuşu yaxın 10 il ərzində mümkün olacaq
- NASA yaxın beş il ərzində Marsa astronavt göndərməyi mümkün hesab etmir