"Rusiya Ukrayna ilə bağlı danışıqları davam etdirməyə hər zaman açıqdır".
Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın İstanbul prosesinin davam edəcəyinə ümidvar olduğunu bəyan etməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, danışıqlardakı fasilə Ukrayna hökumətinin dialoqu davam etdirmək istəməməsi ilə bağlıdır.