"Rusiya Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda İrana müxtəlif yollarla kömək etməyə hazırdır və bu, əsasən Tehranın sorğusundan asılıdır".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Biz vasitəçilik səylərimizi təklif etmişik. Bu, konkretdir. Biz öz mövqeyimizi bəyan etmişik, bu, həm də çox mühüm təzahürdür, İran tərəfinə bir növ dəstəkdir. Bundan sonra hər şey İranın indi nəyə ehtiyacı olmasından asılı olacaq", - o, brifinqdə müvafiq sualı cavablandırarkən qeyd edib.