Kremldə Odessa qubernatoru Mixeil Saakaşvilinin Rusiya prezidenti Vladimir Putinin Gürcüstan, Ukrayna və Baltikyanı dövlətlərə münasibətinə dair sözlərini “qətiyyən heç bir şəkildə” şərh etmirlər.
Oxu.Az “Lenta.ru”ya istinadən xəbər verir ki, rusiyalı liderin mətbuat katibi Dmitri Peskov Gürcüstanın sabiq prezidentinin sözlərinə şübhə etdiyini bildirib.
“Yəqin ki, Saakaşviliyə nə qədər etimad etməyin mümkün olması hamıya məlumdur, - Peskov qeyd edib. – Bu, onun qayıda bilmədiyi öz ölkəsində, digər ölkələrdə, o cümlədən Rusiyada da yaxşı məlumdur”.
Xatırladaq ki, iyulun 21-də “The Independent” qəzeti Saakaşvilinin müsahibəsini dərc edib, bu müsahibədə Gürcüstanın sabiq prezidenti Putin ilə “uzun danışıqlarından” söz açıb.
Bu danışıqların nə zaman baş tutduğunu Saakaşvili dəqiqləşdirməyib. “O üç əsas şeyi bildirib.
Birincisi: O, Gürcüstanı Şimali Kipr kimi edəcək. İkincisi: Ukrayna ölkə deyil, ərazidir. Üçüncüsü: Baltikyanı ölkələr müstəqil deyil”, - Odessa qubernatoru bəyan edib.
E.Ə.
www.oxu.az