Odessa vilayətinin qubernatoru Mixeil Saakaşvili Ukraynadakı vəziyyəti şərh edərkən, bəyan edib ki, Rusiya prezidenti Vladimir Putin NATO-nu yoxlama ideyasına mübtəladır.
Oxu.Az xəbər verir ki, bu barədə Saakaşvili “The Independent” qəzetinə verdiyi müsahibəsində bildirib.
“Putin milli sərhədlərə hörmət qoymur və bütün istiqamətlərdə irəliləməyə can atacaq”, - Saakaşvili deyib.
“Mən 2008-ci ildə növbəti Ukraynanın olacağını demişdim”, - deyərək, sırada Baltikyanı ölkələrin ola biləcəyini əlavə edib.
Saakaşvilinin sözlərinə görə, onların Gürcüstana və ya Azərbaycana qayıtmayacaqlarını iddia etmək olmaz.
“Putin NATO-nu sınamaq ideyasına mübtəladır, bu, onunla apardığım uzun söhbətlərdən aydın olurdu”, - Odessa vilayətinin rəhbəri bildirib.
Məlumatda deyilir ki, cari müsahibə 2015-ci ilin may ayının sonunda, Saakaşvilinin qubernator vəzifəsinə təyin edilməsindən sonra hazırlanıb.
Daha öncə Odessa vilayətinin qubernatoru Mixeil Saakaşvili, Vladimir Putinin onu qətllə hədələdiyini bəyan etmişdi.
www.oxu.az