Putinə silahlı müqaviməti ilk dəfə mən göstərmişəm, buna görə o, indiyədək məni açıq-aşkar ölümlə təhdid edir.
Ukraynanın ərazi bütövlüyü ilə bağlı ikili mövqeyi olacaq şəxs heç vaxt mənimlə çalışa bilməz.
Əksinə, Putinin əleyhinə nə varsa Ukraynanın xeyrinədir və bizim qələbəmizi yaxınlaşdırır
Oxu.Az xəbər verir ki, bu barədə Facebook-dakı şəxsi hesabında Gürcüstanın keçmiş prezidenti, Odessanın hazırkı qubernatoru Mixail Saakaşvili rusiyalı müxalif siyasətçi Mariya Qaydarın öz administrasiyasında vəzifə almasını şərh edərək yazıb.
Onun sözlərinə görə, o, Rusiya prezidentinin nüfuzunu sarsıdan istənilən şəxslə işləməyə hazırdır.
İyulun 17-də Ukrayna KİV xəbər yayıb ki, Mixail Saakaşvili Mariya Qaydarı öz müavini təyin edib. Qaydar administrasiyada sosial sahəyə görə cavabdehlik daşıyacaq.