Bakıda növbəti dəfə mənzillərdən birində termometrin sınması ilə əlaqədar həyəcanlı anlar yaşanıb.
Bu barədə Oxu.Az-a FHN-dən bildiriblər.
Məlumata görə, paytaxtın Nizami rayonunda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılıb.
Ev sahibləri FHN-nin “112” qaynar telefon xəttinə müraciət ediblər.
Maye halında olan kimyəvi element nazirliyin mütəxəssisləri tərəfindən yığılıb və çirklənmiş ərazi demerkurizasiya edilib.
Əməliyyat saat 19:38-də başa çatıb.
Qeyd edək ki, bu, iyul ayı ərzində artıq 3-cü belə hadisədir.