ABŞ prezidenti Barak Obama Kubanı terrorizmi maliyyələşdirən ölkələrin siyahısından çıxarılması barədə qərar qəbul edib.
Oxu.Az xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.
Müvafiq sənəd artıq konqresə göndərilib.
Qeyd olunur ki, bu addım ABŞ və Kuba arasında münasibətlərin normallaşdırılmasında həlledici məqamdır.
Kubanın Xarici İşlər Nazirliyi ABŞ-ın bu qərarını ədalətli adlandırıb.