Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Kubada yanacağın qiyməti beş dəfədən çox artacaq
Kuba hökuməti yanacaq qıtlığı və dərinləşən iqtisadi böhranla mübarizə çərçivəsində yanacağın qiymətini beş dəfə artırdığını elan edib.
Bu barədə ölkənin maliyyə naziri Vladimir Reqero məlumat verib.
Yeni qiymətlər fevralın birindən qüvvəyə minəcək.
“Benzinin litrinin qiyməti 30 Kuba pesosundan (1,25 dollar) 156 Kuba pesosuna (6,51 dollar) yüksələcək”, - deyə o, bəyan edib.
Nazirin sözlərinə görə, hökumət ayda 500 kVt-dan artıq elektrik enerjisindən istifadə edənlər üçün martın birindən elektrik enerjisinin qiymətini də 25 faiz artırmağı planlaşdırır.
Qeyd edək ki, Kuba milli iqtisadiyyatının çətinlikləri, digər məsələlərlə yanaşı, zərəri 1,3 trilyon dolları ötmüş ABŞ sanksiyaları ilə əlaqələndirilir.
Mənbə: octagon.media
"Kuba" teqi üzrə xəbərlər
- ABŞ yeni siyahı hazırlayır: Hansı ölkə vətəndaşlarının ölkəyə girişi tamamilə qadağan ediləcək?
- ABŞ Meksikadakı narkotik bazalarına aviazərbələr endirə bilər
- Kubadan USAID-ə qarşı ağır ittihamlar
- Kubada timsahlar sərxoş kişini parçaladılar
- Tramp 30 minə qədər miqrantın Quantanamoda saxlanılması haqqında sərəncam imzalayacaq