Tayvanda “Ferrari 458” ilə “Nissan GT-R”-in ümumi yolda yarışı zamanı qəza baş verib.
Oxu.Az xəbər verir ki, yol-nəqliyyat hadisəsinin başvermə anını yolda olan maşınların birində quraşdırılmış video-qeydiyyatçı qeydə alıb.
Video-kadrlarda iki bahalı idman avtomobilinin küçə yarışı keçirmələri aydın görünür. “Ferrari 458”-in sürücüsü “Nissan GT-R”-nin sağdan yolunu kəsir. “Nissan GT-R”-nin sürücüsü toqquşmadan yayınmağa cəhd edir, amma əyləcə ani basdığı və kəskin manevr ucbatından idarəetməni itirir.
Nəticədə “Nissan GT-R” yolda olan avtomobil ilə toqquşub. Zərbənin təsirindən maşın iki dəfə çevrilir.
Yerli hakimiyyətin dediyinə görə, qəza nəticəsində “Nissan GT-R” avtomobilinin sahibinin qüruru və bank hesabından başqa zərərçəkən olmayıb.
Elvin Əhmədov
www.oxu.az