"İran ona qarşı törətdiyi təcavüzə görə ABŞ-ni əvəz ödəməyə məcbur edəcək".
Oxu.Az xəbər verir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani "X" platformasında ABŞ Prezidenti Donald Trampa müraciətində bildirib.
Laricani Trampa müraciət etdi: "Sizi rahat buraxmayacağıq" - VİDEO
"Müharibəni başlamaq asandır, lakin onu bir neçə tvitlə bitirmək qeyri-mümkündür. Səhvinizi etiraf etməyənə və bunun əvəzini ödəməyənə qədər sizi rahat buraxmayacağıq", - deyə Laricani yazıb.