Latviya Belarusla dövlət sərhədini tam şəkildə bağlamaq niyyətindədir.
Oxu.Az xəbər verir ki, bu barədə respublikanın Baş naziri Andris Kulbergs məlumat yayıb. O bildirib ki, məsələ avqustun 4-də hökumətin iclasında müzakirəyə çıxarılacaq. Bu addım miqrasiya problemləri ilə əlaqələndirilir.
"Dövlət təhlükəsizliyi gücləndirmək və miqrasiya təzyiqini azaltmaq məqsədilə bütün mümkün həll yollarından istifadə etməlidir", - deyə Kulbergs Latviyanın LETA xəbər portalına açıqlamasında bildirib.
Latviya hökumətinin rəhbəri əlavə edib ki, yekun qərar real faktlar və mövcud statistik məlumatlar əsasında qəbul ediləcək.
Qeyd edək ki, bundan öncə texniki nasazlıq səbəbindən Latviya Belarusla sərhədi müvəqqəti olaraq bağlamışdı.