Rusiyanın xarici işlər naziri hazırkı beynəlxalq şəraitdə işləməkdən narahat olmadığını bildirib.
“Birincisi, bu peşəkar çağırışdır. İkincisi, narahatçılığı çox güman ki, Moskvaya razılaşdırılmış səfərin niyə təxirə salındığını telefonla və ya bizim səfirlərimiz vasitəsi ilə izah edən kolleqalarım hiss edir, - deyə o bildirib. – Allah xatirinə! Zorla gözəllik olmaz”.
“Yəqin ki, beynəlxalq əlaqələrdə kəskin dövrlər qaçınılmazdır. Amma tez və ya gec bu dövr bitəcək. Bu da keçər. Amma hər kəs bilməlidir ki, artıq dünya bir qütblü olmayacaq. Hələlik isə resedivləri və güc refleksiyalarını izləməli olacaqlar”, - Lavrov qeyd edib.
Oxu.Az İTAR-TASS-a istinadən xəbər verir ki, Rusiya XİN rəhbəri Rusiya bazarlarında ərzaqların qiymətlərinin qənaətbəxş olacağını bildirib, belə ki, Avropa və ameriaklıları əvəz etməyə hazır olan bir sıra ölkələr var.
Rusiya ona qarşı qoyulmuş sanksiyalara qoşulan ölkələrdən bir il müddətində gətirilən kənd təssərrüfatı mallarına və xammala qadağa qoyur.
Nazirin sözlərinə görə, Rusiya sadəcə qərb ölkələrinin sanksiyalarına cavab verir.
“Bu, məhz başqalarının birinci başladığı haldır, - o deyib. – İndi çoxları yazır ki, bunu eləməyə dəyərdi ya yox. Bilirsiz sizi məktəbli kimi cəzalandıranda... Rusiya bu vəziyyətə laqeyd qala bilməzdi”.
“Avropa İttifaqından, Norveç, Şimali Amerikadan və Avstraliyadan malların idxalına qadağaya necə yanaşsaq bunu faciə hesab etmirəm, - Lavrov qeyd edib. – Hər şeyi həll etmək olar. Burda çevik olmaq lazımdır, bir ölkədən çatdırılma bitdikdə, digər adekvat ölkədən çatdırılmanı təmin etmək lazımdır”.
Onun sözlərinə görə, “heç kim, Azərbaycandan, Ermənistandan, Orta Asiya ölkələrindən gələn meyvə və tərəvəzin Avropa məhsullarından dadlı olmasına dair mübahisə etməyəcək”. “Ən azından mən onları daha çox bəyənirəm”, - nazir vurğulayıb. Bundan başqa “Avropa və amerikalıları bazarımızda əvəz etməyə can atan” bir sıra ölkə var. “Argentina və Braziliyada məsələn, ət çox dadlıdır”, - nazir qeyd edib.
Bunula yanaşı, nazir “sanksiya yürüdən ölkələrin çoxu NATO-nun üzvləridir və onlar dəflərlə Rusiuyanın onlar üçün artıq müttəfiq deyil rəqibdir” söyləmələrinə diqqət yönəldib. “Biz artıb belə bəyanatlara necə yanaşmalı olduğumuzu anlamalıyıq”, - Lavrov qeyd edib. – Əhalinin ərzaq təminatının 20-30%- onu müttəfiq hesab etməyən ölkələrdən asılı olduğu halda, dövlətin ərzaq təhlükəsizliyi nə dərəcədə təmin edilib?”
“Rusiya, sanksiya təzyiqinin artırılmasına dair planların əsiri ola bilməz, - RF XİN-nin rəhbəri bildirib. – Əgər Aİ və ABŞ birdən bizi sıxışdırmağı düşünsələr və bunun üçün fermerlərinə milyardlarla dollar və avro subsidiya ayırmağa razılaşsalar? Biz onların gizli planlarını bilmirik”.
Qiymət və keyfiyyət məsələsinə gəldikdə Lavrov qeyd edib ki, “qiymətlər təmamən qənaətbəxş olacaq”. “Əsasən Cənubi Amerikalılar bizim bazarda kvota almaq isytəyirlər, - o əlavə edib. – Bu ÜTT imkanları çərçivəsində həyata keçirilir”.