Rusiya xarici işlər naziri Sergey Lavrov Moskva ilə Kiyev arasında danışıqların ikinci raundunun keçirilməsi üçün yenidən Türkiyəyə müraciət ediləcəyini bildirib.
Oxu.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, bu barədə Lavrov Türkiyə xarici işlər naziri Hakan Fidanla Moskvada keçirdiyi birgə mətbuat konfransında deyib.
"Rusiya və Ukrayna arasında ikinci raund danışıqlara gəldikdə, əgər mənə sual versəniz, yenə də türk dostlarımıza üz tutardım. İstanbulda hər şey çox yaxşıdır", - deyə Lavrov qeyd edib.
Xatırladaq ki, mayın 16-da Rusiya və Ukrayna nümayəndə heyətləri arasında 2022-ci ildən bəri ilk birbaşa danışıqlar İstanbulda baş tutub.