Hindistanda leopard kəndə daxil olaraq insanlara hücum edib.
Oxu.Az-ın “Qafqazinfo”-ya istinadən verdiyi məlumata görə, baş verən hadisə ilə bağlı görüntüləri “Daily Mail” yayıb.
Vəhşi heyvan artıq biri uşaq olmaqla, üç nəfəri ağır yaralayıb.
Hadisə Orissa ştatında baş verib. 12 saat çəkən əməliyyatdan sonra heyvanı tutmaq mümkün olub.
Z.Q.