Gürcüstanda, Şota Rustaveli adına Tbilisi Beynəlxalq Hava Limanında güclü leysan yağışları səbəbindən elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Oxu.Az Gürcüstan KİV-ə istinadən xəbər verir ki, hava limanının binasında da tavandan su sızması halları qeydə alınıb.
"Hadisə əlverişsiz hava şəraiti səbəbindən baş verib. Hazırda texniki qrupumuz hadisə yerində çalışır və problemi ən qısa zamanda aradan qaldırmağa cəhd edir. Sərnişinlər təhlükəsizlik səbəbindən təxliyə olunublar" , - deyə hava limanının yaydığı məlumatda bildirilir.
Qeyd edək ki, Tbilisidə artıq ikinci gündür güclü yağışlar yağır.
Xatırladaq ki, daha əvvəl Dohadan Gürcüstan paytaxtına uçan "Qatar Airways" aviaşirkətinə məxsus təyyarə Tbilisidəki əlverişsiz hava şəraiti səbəbindən Bakıya təcili eniş etmişdi.