Suriyalı qaçqın ailəsi ilə Moskvadan canlı yayıma çıxan Amerika aktrisası və müğənnisi Lindsi Lohan üzündən zərbə alıb.
Oxu.Az xəbər verir ki, zərbə anı videoda da əksini tapıb.
Aktrisa iddia edib ki, qanunsuz aparılan suriyalı uşaqları aşkarlayıb.
“Uşaqlar, avtomobilim buradadır, gedək... Onlar uşaqları qeyri-qanuni aparırlar. Sizi onlardan almayana qədər getməyəcəm”, - Lohan canlı yayımda deyib.
Aktrisa uşağın əlindən tutmaq istədikdə onun anası Lohanın üzünə zərbə endirib.
Bundan sonra aktrisa canlı yayımı saxlayıb.