İndoneziyada baş verən zəlzələ və sunami qurbanlarının sayı artıq 832 nəfərə çatıb.
Bu barədə Oxu.Az ölkənin təbii fəlakətlərlə mübarizə idarəsinə istinadla xəbər verir.
Xatırladaq ki, İndoneziyanın Sulavesi adası sahillərində 7,4 maqnitudalı zəlzələ sentyabrın 28-də baş verib.
Yeraltı təkanların episentri Palu şəhərindən 80 kilometr şimalda qeydə alınıb.
İndoneziyada təbii fəlakət qurbanlarının sayı 900-ə yaxınlaşır - VİDEO