Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Livan hökuməti yaxın günlərdə atəşkəsə ümid edir
"Livan hökuməti İsrailin təcavüzünü dayandırmaq və mülki insanları qorumaq üçün hər şeyi edir".
Oxu.Az xəbər verir ki, bunu Livanın Baş naziri Nəcib Mikati "Al Jadeed" telekanalına verdiyi müsahibəsində deyib.
O, vasitəçilik səyləri sayəsində vəziyyətin tezliklə yaxşılığa doğru dəyişə biləcəyini bildirib.
"Ümid edirik ki, yaxın saatlarda və ya günlərdə atəşkəs haqqında razılığa gələ biləcəyik" ,- baş nazir vurğulayıb.
O, hazırda İsrailə gedən ABŞ prezidentinin köməkçisinin müavini, Dövlət Departamentinin enerji təhlükəsizliyi üzrə baş müşaviri Eymos Hokstin ilə telefon danışığı apardığını qeyd edib.
"Hokstin mənə noyabrın 5-dən əvvəl müsbət nəticə əldə etməyin mümkün olduğuna inandığını söylədi" ,- Mikati əlavə edib.
"İsrail - Livan gərginliyi" teqi üzrə xəbərlər
- Netanyahu: "Dəməşqdə hakimiyyət dəyişikliyi İsrail üçün yeni imkanlar açır"
- İsrail ordusu Livandakı terrorçu hədəflərə hücuma başlayıb
- "Hizbullah" atəşkəsdən sonra ilk dəfə İsrail mövqelərinə zərbələr endirib
- İsrail ordusu Suriya üzərində İrandan uçan təyyarəni geri çevirib
- HƏMAS Qəzzada atəşkəsi müzakirə etməyə hazırdır
Rəylər