Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Livandan İsrailə 160 raket və mərmi atılıb
Günün əvvəlindən İsrail hərbçiləri Livandan İsrailə doğru "Hizbullah" yaraqlılarının 160-a yaxın mərmi və raket atmasını qeydə alıblar.
Oxu.Az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, bu məlumat yerli vaxtla saat 15:00-a (Bakı vaxtı ilə 16:00) aiddir.
Məlumata görə, raketlərin bir hissəsi İsrail Hərbi Hava Qüvvələri tərəfindən ələ keçirilib, atəşə tutulması nəticəsində bəzi bölgələrdə yanğınlar başlayıb.
"İsrail yanğınsöndürmə və xilasetmə xidmətləri hücum nəticəsində bu ərazilərdə baş vermiş çoxsaylı yanğınların söndürülməsi üçün çalışır", - məlumatda bildirilir.
Hərbçilər İsrailin şimalındakı Qərb və Yuxarı Qalile bölgələrində hava hücumu sirenlərinin səsləndiyini bildirib.
"Bu ərazilərə bir neçə mərmi düşməsi qeydə alınıb", - mətbuat xidməti qeyd edib.
"İsrail - Livan gərginliyi" teqi üzrə xəbərlər
- Netanyahu: "Dəməşqdə hakimiyyət dəyişikliyi İsrail üçün yeni imkanlar açır"
- İsrail ordusu Livandakı terrorçu hədəflərə hücuma başlayıb
- "Hizbullah" atəşkəsdən sonra ilk dəfə İsrail mövqelərinə zərbələr endirib
- İsrail ordusu Suriya üzərində İrandan uçan təyyarəni geri çevirib
- HƏMAS Qəzzada atəşkəsi müzakirə etməyə hazırdır
Rəylər